Qax şəhəri ərazisində piyadanı maşın vuraraq öldürüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sentyabrın 22-də saat 22 radələrində Qax şəhəri ərazisində 29 yaşlı İlham Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 64 yaşlı Eldar Tağıyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi.