Bakı-Quba yolunun Xızı rayonunun Məşədihəsənli kəndindən keçən hissəsində dəhşətli qəza olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hələlik markası bilinməyən minik avtomobili TIR-in altına girib.
Bu zaman avtomaşında yanğın başlayıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.