Gəncədə 35 yaşlı kişi kəsici alətlə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Səbuhi Quliyev bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyata götürülən 35 yaşlı kişinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Onun kim tərəfindən və hansı şəraitlə xəsarət alması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu