“Yararsız hərbi biletə görə 22 min manat verdim” - Hərbi komissarın MƏHKƏMƏSİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə davam edib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Əhməd Əhmədov bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib:

"Mən xaricdə magistratura təhsili alırdım. 2024-cü ilin noyabrında qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də, xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Onunla birlikdə Xəzər rayon Hərbi Komissarlığına gəlib Ramin Şükürovla görüşdük. Belimdə və gözümdə olan problemləri ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq. Bir müddət sonra məni Sabunçudakı poliklinikaya dəvət etdilər, müayinələrdən keçdim. Sonra Qobuda Səfərbərlik Xidmətinin müayinələrindən keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində Abdullaya verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsızlığımı təsdiqləyən bilet verdilər".

Daha sonra prosesdə Araz Məmmədov şahid kimi dindirilib.

O bildirib ki, Yasamalda kafe işlədib:

"Kafeyə səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov gəlirdi. Kafedə ofisiant işləyən Rəhmanın qohumunun əsgərlik problemi var idi. Mən Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O da dedi ki, rəislə (red: Həmin vaxt Ramin Şükürov Yasamalda işləyib) danışacaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim, imkanları yoxdur.

Bir müddət sonra 6 min manat istədi. Biz də razılaşdıq. Pulu Bəhrama mən verdim".

Şahid sualları cavablandıran zaman hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyi bilmədiyini deyib.

Araz Məmmədovun istintaq ifadələri elan olunan zaman bəlli olub ki, bu iş alınandan sonra ona hamam qonaqlığı verilib: "Həmin qonaqlığa Bəhram gəlməyib. Mən, Fariz və işi düzəldilən oğlan olub. İş həll olunandan sonra hamamda istirahət etmişik".

Proses oktyabrın 1-də davam edəcək.

Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. R.Şükürov məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi

Həm arıqladır, həm gözəlləşdirir

Həm arıqladır, həm gözəlləşdirir

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

End of content

No more pages to load

RADİO