Xaçmazda peşə liseyində tələbələr arasında insident yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bıçaqlanma hadisəsi "Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi"ndə tələbələr arasında baş verib.
Hadisə nəticəsində Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E. Şıxbabayev tələbə yoldaşı tərəfindən qayçı ilə çoxsaylı kəsilmiş-deşilmiş yaralar alıb. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media