3 yaşlı qızına işgəncə verdiyi iddia olunan ana ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi Lənkəranda ananın 3 ildir azyaşlı qızına fiziki və psixoloji zorakılıq etdiyi iddia olunur. Söhbət Əmanətlərin Sığortalanması Fondunun Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışan 35 yaşlı Rzayeva Gülnar Tofiq qızından gedir. Gülnar Rzayeva keçmiş həyat yoldaşı ilə görüşmək istəyən 2019-cu il təvəllüdlü azyaşlı qızına qarşı dəfələrlə fiziki şiddət göstərir, ona qarşı zorakı davranışlar sərgiləyir.

Bu iddia ilə Bizim.Media-ya Gülnar Rzayevanın keçmiş həyat yoldaşı Vüqar Süleyman və qayınatası Zeyqəm Süleymanov müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI – FOTO/VİDEO


Hər iki şəxsin bildirib ki, qadın azyaşlı qızının qoluna isti qaşıq basıb və müxtəlif əşyalarla uşağa dəfələrlə xəsarətlər yetirib. Səbəb isə uşağın atasını istəməsi və onunla görüşməsinə mane olmasıdır.

Hər iki şikayətçi azyaşlı qıza qarşı zorakı davranışlarla bağlı Lənkəran rayon polis Şöbəsinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə, rayon prokurorluğuna, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları Müvəkkilinə (Ombudsman) müraciətlər edib.

Məsələ ilə bağlı Baş Prokuroqluqdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmayıb.

Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilib, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilib və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirib.

Qeyd edək ki, azyaşlının anası Gülnar Rzayeva Bizim.Media-ya açıqlamasında faktı təkzib edərək azyaşlıya qarşı zorakı əməllərin qarşı tərəfə aid olduğunu iddia edib.

Ötən dəfəki suallarımız yenə açıq qalır...

Əgər uşağın himayəsində olduğu şəxs anadırsa, uşaq onun nəzarəti altındadırsa və ana bunu etməyibsə, işi araşdıran qurumlar alternativ versiyanı niyə ortaya qoymurlar? Kim edib? Nə zaman edib? Necə olub ki, ana bunu görməyib və o, niyə bu haqda məlumat verməyib?

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi

Həm arıqladır, həm gözəlləşdirir

Həm arıqladır, həm gözəlləşdirir

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

End of content

No more pages to load

RADİO