Azərbaycan təhsil sistemində idarəetmə texnologiyaların tətbiqi zəruridir

Sоn dövrlər rеspublikаmızda gеdən köklü dəyişikliklər həyatımızın bütün sahələrinə çox ciddi təsir göstərməkdədir. Azərbaycanda neft və qeyri-neft sektorunun inkişafı istiqamətində mühim addımlar atılır, ölkə başçısı tərəfindən iqtisadi və sosial mühitin şəffaflaşdırılması və təkmilləşdirilməsi istiqamətində önəmli islahatlar həyata keçirilir. Bu islahatlar ölkədə kənd təsərrüfatının, sənayenin və iqtisadiyyatın bütün sahələrini, eyni zamanda təhsil, vergi, gömrük və sosial sahələri əhatə edir. Lakin bu islahatların genişmiqyaslı həyata keçirilməsi və hökümətin idarəçilik subyektlərinə maddi və texniki dəstək verməsi heç də bu sahələrin istənilən səviyyədə inkişafından və ümumilikdə sosial-iqtisadi həyatımıza fayda verməsindən xəbər vermir. Çünki bu islahatların və yol xəritələrinin operativ qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə bir çox təşkilatlar xarici ölkələrdə təhsil almış mütəxəssisləri prosesə cəlb edir. Bəzi hallarda bu mütəxəssislər hədəflənən nəticəni verməməklə yanaşı, hətta ona həvalə edilmiş sahəyə ciddi zərər də vurur. Lakin qınamaq da düzgün deyil. Çünk heç birimiz öz təhsil sistemimizə arxayın olmadığımız üçün xaricdə təhsil almış mütəxəssisləri işə cəlb edir, hətta öz övladlarımız belə xarici ölkələrə təhsil almağa göndəririk. Baxmayaraq ki, son illərdə Azərbaycanda təhsil sistemində yetərincə dərin islahatlar aparılmış, fənn proqramları, dərsliklər və dərs vəsaitləri yenilənmiş, interaktiv metodlarla fənlərin tədrisinə başlanılmış, kredit və kurrikulum sisteminin tətbiqi təmin edilmişdir. Dünyanın aparıcı ölkələrindəki bu metodların tətbiqi heç də ümumilikdə təhsil sisteminin idarə edilməsini və koordinasiyası üzrə istiqamətləri tam özündə əks etdirmir. Çünki hər bir müəssisə və təşkilat canlı orqanizmdir. Təşkilati-hüquqi formasından və ya mülkiyyət növündən asılı olmayaraq bütün subyektlərin düzgün idarəolunması və koordinasiyası hər zaman aktualdır. Müasir iqtisadi və sosial reallıqlar fəaliyyət sahəsindən asılı olmayaraq optimal idarəetmənin təmin edilməsi naminə təşkilatlarda qabaqcıl idarəetmə texnologiyalarının, vasitələrin tətbiq edilməsini ön plana çıxarır.
xa0 xa0 xa0 İdarəetmə dedikdə fəaliyyətimizə təsir edə biləcək təhlükəli faktorların və risklərin müəyyən edilərək nəzarət altına alınmasını, işçi personalın funksiyalarının və məsuliyyətinin bölüşdürülməsini, resursların və proseslərin səmərəli koordinasiya edilməsini, çoxpilləli qərarların qəbul edilməsini nəzərdə tuturuq.
xa0 xa0 xa0Yaponiya, Finlandiya, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları kimi təhsil sistemixa0 inkişaf etmiş ölkələr öz təhsil sistemlərinə dünyada bu sahədə əldə edilmiş yeni nailiyyətləri və qabaqcıl texnologiyaları tətbiq etməklə yanaşı, hər zaman bu texnologiyaların sistemləşdirilərək idarə edilən formata gətirilməsi və daha asan koordinasiya edilməsi haqqında düşünürlər. Çünki hamıya məlumdur, məktəbəqədər təhsildən universitetə qədər, eyni zamanda təhsilin daha yüksək pillələrindən kouçinqə (tyutorluğa) qədər elm dünyası daim dəyişir və inkişaf edir, şagird və tələbələrin təfəkkürləri daim müasirləşir. Bunun üçün də bu subyektlərin idarəoluması üçün müvafiq vasitələrdən istifadə edilməlidir.xa0
xa0 xa0 xa0 xa0Dünyanın qabaqcıl təhsil standartları olan ölkələrin təcrübələrinə əsaslanaraq Beynəlxalq Standartlaşma Təşkilatı digər sahələrdə idarəetmə texnologiyalarının ərsəyə gətirilməsini təmin etdiyi kimi, təhsil müəssisələrinin də operativ idarəedilməsini təmin etmək məqsədilə İSO 21001:2018 Təhsil qurumlarının idarəolunması üzrə beynəlxalq standartın 2018-ci ildə nəşrini həyata keçirmişdir. Bu standartın məqsədi Təhsil sektorunda idarəetmənin formalaşdırılmasını, istehlakçıların (tələbə və şagirdlərin) və digər maraqlı tərəflərin gözləntilərinin və tələblərinin lazımı səviyyədə ödənilməsini və bu sahədə etibarlılıq yaratmağı özündə ehtiva edir. Təhsil müəssisələrində İSO 21001:2018 Təhsil qurumlarının idarəolunması standartının tətbiqi zamanı aşağıdakı nailiyyətlər əldə olunur:
•Təhsil müəssisəsinin hədəfləri və prinsipləri təyin olunur;
•Müəssisənin sənəd dövriyyəsi tam nəzarət altına götürülür;
•Müəssisədaxili proseslər (fəaliyyətlər) və onların idarəetmə mexanizmləri müəyyən edilir (və ya təkmilləşdirilir);
•Bu proseslərin idarəolunması istiqamətində müvafiq prosedurlar, təlimatlar, qaydalar, reqlamentlər və digər işçi sənədlər hazırlanaraq tətbiq edilir;
•Tətbiq edilmiş tədris sistemləri (məs: kredit, kurrikulum) arasında koordinasiya təmin edilir;
•Faydalılığın müəyyən edilməsi məqsədilə proseslərin qiymətləndirmə meyarları meydana gəlir;
•Uyğunsuzluqların baş vermə halları əhəmiyyətli dərəcədə azalır, uyğunsuzluqlar nəzarətə götürülür;
•Təhsil müəssisəsinin yadımçı prosesləri (satınalma, insan resursları, avadanlıqların idarəolunması və s.) nəzarət altına alınır;
•Statistik məlumatlar bazası formalaşdırılır;
•Müvafiq proseslər və vəzifələr üzrə məsuliyyət və öhdəliklər müəyyənləşdirilir;
•Faktlar əsasında qərarlar qəbul edilir;
•Müəssisənin fəaliyyətinə təsir edə biləcək təhlükəli faktorların və risklərin qabaqcadan müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarət altına alınması asanlaşır;
•İstehlakçıların (tələbə və şagirdlərin) tələb və ehtiyaclarını vaxtında öyrənmək imkanı yaradır;
•İstehlakçı (tələbə və şagirdlərin) ilə münasibətlər tənzimlənir;
•İstehlakçıda inam yaranır, təhsil müəssisəsi etibarlı tərəfdaş kimi tanınır və s.
Unutmamalıyıq ki, ətrafımızda gördüyümüz bütün sahələrin inkişafı təhsildən başlayır. İqtisadiyyatımızı dünyanının aparıcı ölkələrinin iqtisadiyyatı kimi inkişaf etdirmək istəyiriksə, təhsilimizin standartlarını da həmin ölkələrə uyğunlaşdırmalıyıq. Əminik ki, təhsil müəssisələrində İSO 21001:2018 Təhsil qurumlarının idarəolunması üzrə beynəlxalq standartının tətbiqi təhsilimizin qabaqcıl təhsil sisteminə malik olan ölkələrə çatmasına və təhsilimizdə daha mütəşəkkil idarəetmə mexanizminin qurulmasına yardımçı olacaqdır.

Asif İbrahimovxa0 xa0 xa0 xa0 xa0 Bureau De Qualite Azərbaycanın direktoru, Beynəlxalq İdarəetmə sistemləri üzrə aparıcı auditor, ekspert-məsləhətçi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verdi

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

"Gülümsəyən" avtomobil satılır – FOTO

"Gülümsəyən" avtomobil satılır – FOTO

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

End of content

No more pages to load

RADİO