Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb.
Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu