ADNSU-nun “Healwith” layihəsi “QS Təhsili yenidən təsəvvür et 2025” müsabiqəsinin qısa siyahısına daxil olub - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Healwith” adlı innovativ layihəsi nüfuzlu “QS Təhsili yenidən təsəvvür et 2025” (QS Reimagine Education Awards 2025) beynəlxalq müsabiqəsində “Dayanıqlı Təhsil üzrə Fəaliyyət” nominasiyası üzrə qısa siyahıya salınıb.

Bizim.Media xəbər verir ki, müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 1 600-dən çox layihə təqdim olunub. 

800-dən çox ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi nəticəsində “Healwith” qlobal miqyasda ilk 20 %-lik uğurlu layihələr sırasında yer alıb. 

Layihənin əsas məqsədi kənd təsərrüfatının dayanıqlığını gücləndirmək, fermerlərin rifahını artırmaq və Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. Layihə həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 15 – Quru ekosistemlərinin qorunması istiqamətində əhəmiyyətli addım hesab olunur.
 

“Healwith” fermerlər və bitki yetişdiriciləri üçün nəzərdə tutulmuş mobil tətbiqdir. İstifadəçilər sadəcə bir şəkil çəkərək 100-dək geniş yayılmış bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müalicə üzrə tövsiyələr ala bilirlər. Bu texnologiya pestisid istifadəsini azaldır, müalicə xərclərini hər hektar üzrə 60 AZN-dən 15 AZN-ə qədər endirir və məhsuldarlığı artırır.


Qeyd edək ki, “Təhsili yenidən təsəvvür et” müsabiqəsi nüfuzlu QS (Quacquarelli Symonds) təşkilatı tərəfindən keçirilir. QS dünyanın ən tanınmış ali təhsil reytinq agentliklərindən biridir və universitetlərin beynəlxalq reytinqlərinin hazırlanması ilə yanaşı, təhsil innovasiyalarını dəyərləndirən qlobal layihələri ilə də məşhurdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

End of content

No more pages to load

RADİO