Antiterror şəhidinin atası: “Yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər” – FOTO

Bu gün Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatının 2-ci ili tamam olur. Şəhid hərbçilərimizdən biri də Mirəli Mirfəttah oğlu Təhməzovdur.

Şəhidimizin atası Mirfəttah Təhməzov Bizim.Media-ya müsahibəsində onunla bağlı danışıb.

- Mirfəttah bəy, övladınızla ən son nə zaman ünsiyyətiniz oldu? Son danışığınızda nələrdən danışmışdınız?

- Şəhid olmamışdan qabaq - sentyabrın 5-də telefonla danışdıq. Dedi, 9-da məzuniyyətə gələcəyəm. Elə söhbətimiz ancaq bu haqda oldu. Məzuniyyətə gəlməsini gözləyirdik, gəlmədi.

- Bildiyim qədərilə şəhid olmadan öncə sizə məktub da yazıb.


- Bəli. Bu məktubu da Zaur Baxşəliyevin verilişinə göndəriblər, heç bilmirəm kim göndərib. Gedib götürəndə xəttindən tanıdım. Elə özünə də həmişə deyirdim ki, bu xəttini özündən başqa heç kim oxuya bilməz. Məktubda yazmışdı ki, məktub gəlib sizə çatsa, deməli, mən artıq həyatda deyiləm.

Amma mən bu məktubu gözləmirdim. İnanmırdım, belə olacaq. Allaha çox arxayın idim. Onu Allaha əmanət eləmişdim. Deyirdim, ay Allah, uşağı sənə əmanət eləmişəm, səndən də alacağam. Adətən camaat övladı hərbi xidmətdən gələndə qurban kəsir, amma mən gedəndə qurban kəsdim ki, ilahi, qurbanı indidən kəsirəm ki, sən mənə borclu ol, mən sənə borclu olmayım. Amma Allah mənə borclu qaldı...


- Çətin də olsa, bu sual verirəm. Antitteror başlayan zaman belə xəbər alacağınızı düşünürdünüzmü? Adətən şəhid valideynləri deyir ki, ya yuxuda görmüşdüm, ya ağlıma gəlmişdi ki, övladım şəhid olacaq. Sizdə heç belə düşüncə olmuşdumu?


- Oğlum xidmətdə olanda yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər. Əslində mən yeriyə bilmirəm, amma yuxuda görürəm ki, yeriyirəm. Deyirəm, bu hansı anası ölmüşün ayağıdır mənim ayağıma tikmisiniz? Görürəm, tikilən ayağın üstündə Təhməzov Mirəli yazılıb. Yuxudan durdum, dəli oldum. Tədarükü görüb aprelin 27-də Şəmkirə getdim. Onu sağ-salamat gördüm, görüşdüm. Bizim ən sonuncu görüşümüz də elə bu oldu.

Dedim, ilahi, birdən ağlından keçər balamı öldürərsən, nəbadə. Ona nə eləsən, hamısını mənə elə. Ona heç nə etmə. Burada tanınmış 4 məscidin 4-də də qurban kəsəcəkdim. Dedim, ilahi, lazımdırsa, məni də qurban elə, balama dəymə. Aprelin 27-i evə gəldim, mayın 1-i qəzaya düşdüm. Ayaqlarımın hər ikisi və sağ əlim sındı. Amma mən üzülmədim, sevinirdim ki, Allah məni eşitdi, məni oğluma qurban elədi. Amma baş aça bilmirəm ki, məni belə etmişdisə, oğlumu niyə əlimdən aldı?!


- Siz yəqin bu yuxuya görə onun şəhid xəbərini də gözləməmisiniz...


- Maşınımı düzəltdirdim, aparıb salona verəcəkdim, onun arzuladığı maşınla dəyişəcəkdim. Elə maşını 19-u günü yudurtmağa verdim. Həmin günün axşamı da elə bu xəbər gəldi... İnanmırdım, çünki Allaha əmanət etmişdim...

- Arzu demişkən, uşaqlıqdan reallaşdırmaq istədiyi nə arzuları var idi?

- Onun maşınlara çox həvəsi var idi və arzusu “BMW” idi. Ona da elə bu arzusuna görə F10 sifariş vermişdim. Öz maşınımı satıb bu marka ilə dəyişəcəkdim. Gəlib görəcəkdi ki, onun üçün onun sevdiyi maşını almışam. Uşaqlıqdan dünyanı gəzmək istəyirdi. Ona görə də gəmi kapitanlığını oxuyurdu. Qismət olmadı... Öləcəyimi səbrsizliklə gözləyirəm ki, Allaha sual verim, bu, nə zülmdür ki mənə elədin?! Mən ki belə gözləmirdim...


Məlumat üçün bildirək ki, Təhməzov Mirəli Mirfəttah oğlu 2004-cü il noyabr ayının 28-də Cəlilabad rayonunda anadan olub. O, orta təhsilini Cəlilabad rayon 2 saylı tam orta məktəbində alıb.  

M.Təhməzov ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin “Gəmi sürücülüyü” ixtisasının tələbəsi olub.

Mirəli Təhməzov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mirəli Təhməzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidimiz 4 övladın ilki olub.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Allah rəhmət eləsin!












Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

End of content

No more pages to load

RADİO