Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın TƏFƏRRÜATI – FOTO

Dələduzluqda ittiham edilən 25 yaşlı Füzuli rayon sakini Xətai Məmmədova (soyad şərtidir) hökm oxunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, istintaq zamanı Xətainin Fərid adlı tanışına 188 min manat ziyan vuraraq həmin vəsaiti ələ keçirdiyi məlum olub.
 

Bildirilib ki, Xətai biznes ortağı olan Fəridə gəlir əldə etmək məqsədilə dəyərindən ucuz qiymətə əmlak alıb-satmaq niyyətində olduğunu, lakin bununla bağlı çətinlik çəkdiyini bildirib.


O, Fəridin etibarından sui-istifadə edərək Namiq Canıyevə (2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı - red.) məxsus olan 1 milyon manat dəyərindəki evin guya 700 minə satıldığını və onu 500 minə ala biləcəklərini deyib.

Beləliklə, Xətai Fəridi Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evinin guya dəyərindən ucuz, yəni 500000 manata satıldığını, pulunu hissə-hissə ödəyə biləcəyini və sonradan həmin evi daha yüksək qiymətə satıb gəlir əldə edə biləcəyinə dair yalandan vədlər verərək aldadıb, satıcıya ödəmək adı ilə həmin məbləği ondan alıb.

Lakin sonradan N.Canıyevə 312 min manat çatdığı, 188 min manatın isə Xətai tərəfindən ələ keçirildiyi müəyyənləşib.

O da məlum olub ki, Namiq Canıyev evin qiymətində güzəşt etməyib və 700 min tələb edib. Ev sahibi məsələnin üstü açılanda Fəridlə telefon danışığında onların daha 388 min manat ödəməli olduğunu bildirib.

Aldadıldığını öyrənən Fərid daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Xətai həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə iş açılıb.

Məhkəmədə zərərçəkən şəxs həbsdə olan Xətainin dəymiş zərəri artıq tam olaraq ödədiyini deyərək şikayətini geri götürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Xətai Məmmədov azadlığa buraxılıb.

Fotoda: Namiq Canıyev


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Şahin Şıxlinski və oğlunun həbs müddəti artırıla bilər

Şahin Şıxlinski və oğlunun həbs müddəti artırıla bilər

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

End of content

No more pages to load

RADİO