Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanıldı – FOTO

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bərpa işlərinə Xidmətin sifarişi ilə başlanılıb.

Həyata keçirilən bərpa işlərinin məqsədi abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.
 

Bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq edilir.


Həyata keçirilən bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalarının mühüm nümunələrindən hesab olunur.

XII yüzillikdən başlayaraq, Abşeronun müdafiəsinə böyük diqqət ayrılmasının başlıca səbəbi yarımadaya şimaldan qarətçi dəstələrin gəmilər vasitəsilə basqınları idi.

Strateji baxımdan əlverişli yerlərdə ucaldılan qalalar yarımadanın hər hansı bir bucağından düşmən təhlükəsi xəbərini qısa zamanda bütün Abşerona yaya bilirdi.






Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Rihanna qızı ilə Paris küçələrində - FOTO

End of content

No more pages to load

RADİO