Bundan sonra avtobus ödənişləri belə ola bilər – Azərbaycanda İLK

Bir neçə gün əvvəl Bakıda 17 nömrəli avtobusda ödəniş aparatında nasazlığın olması müzakirələrə yol açıb. Hadisənin ardınca bir sıra məsələlər gündəmə gətirilib. Onlardan biri də nağd ödənişlərlə bağlıdır. Belə ki, sözügedən durum elektron xidmətlərin etibarlılığı ilə bağlı suallar yaradıb.

Avtobuslarda nağd ödəniş dövrü geri qayıtmalıdırmı?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, nağdsız ödəniş sistemi Azərbaycanda ilk dəfə 2006-cı ildə metroda tətbiq olunub:

“2015-ci ildən etibarən “BakıKart” vasitəsilə metro və avtobuslarda vahid inteqrasiya olunmuş ödəniş sistemi yaradılıb. Sonrakı illərdə isə QR biletlə gedişhaqqı vermək imkanı əlavə edilib. Gələcəkdə bu sistemin bank kartları ilə tam inteqrasiyası və digər ödəniş üsullarına keçidin asanlaşdırılması məqsədəuyğundur. Ödəniş üsullarının müxtəlifliyi riskləri azaldır və hər hansı texniki problem yarandıqda alternativdən istifadəni mümkün edir”.

Ekspert qeyd edib ki, ictimai nəqliyyatda “Brutto müqavilə”lərin tətbiqi vacibdir:

“Bu model hər kilometrə subsidiya ayrılmasını təmin edir və nəticədə bir nəqliyyat növündən digərinə pulsuz keçid, güzəştli bilet paketləri, eləcə də gündəlik, həftəlik, aylıq, yarımillik və illik abunə biletlərin tətbiqi üçün şərait yaradır. Artıq Azərbaycanda bu sahədə ilk addım Gəncədə atılıb. Belə ki, 16 sentyabrdan etibarən ikinci böyük şəhərimizdə “CityCard” ödəniş kartını əldə etmək mümkündür.

Bununla da istifadəçilər balansı onlayn artıra, QR kodla ödəniş edə bilirlər. Beləliklə, Gəncə vahid və müxtəlif ödəniş paketlərinin təqdim olunduğu ilk şəhərimiz olub. Bu təcrübənin Bakı və digər şəhərlərdə də genişləndirilməsi zəruridir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

End of content

No more pages to load

RADİO