Cəlilabad rayonunda məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, 16 yaşlı Kənan İmzanzadə ilə sinif yoldaşı arasında mübahisə zamanı sonuncu bıçaqdan istifadə edib. Ürək nahiyəsindən bıçaq zərbəsi alan yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Yeni təfərrüatlara əsasən, hər iki şagird qonşu Güneyli kəndinin sakinləridir.
Bizim.Media xəbər verir ki, kənddə onbirillik məktəb olmadığından onlar təhsillərini Cəlilabad rayon mərkəzində yerləşən məktəbdə davam etdirirmişlər. Deyilənə görə, həmkəndli olan şagirdlər dərslərdə bir partada oturublar.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu