Xaricə getmək istəyirdi, 2500 manat ziyana düşdü – “PRYM Academy”dən ŞİKAYƏT – FOTO

Son illər xaricdə təhsil, xaricdə iş yeri axtarmaq günümüzün reallığına çevrilib. Amma təəssüflə deməliyik ki, xaricdə təhsil və yaxud işləmək istəyənlər çox zaman uğursuzluğa düçar olurlar. Nəticədə həm pulları, həm vaxtları, həm də sağlamlıqları əldən gedir.

Bu cür şəxslərdən biri də paytaxt sakini Hidayət Həşimlidir. Almaniyada təhsil və iş sevdasına düşən Həşimli ailəsi nə az, nə çox, düz 2500 manat ziyana düşüb.

İndi də ailə başçısı “PRYM Academy”nin rəhbəri Ruslan Hacızadədən şikayətçidir.

Bizim.Media-ya ünvanlanan şikayətdə Hidayət Həşimli deyir ki, oğlu Murad 7 ay Ruslan Hacızadənin yanına alman dilini öyrənməyə gedib:

“Həmin müddətdə biz hər ay 300 manat təhsil haqqı ödəmişik. Təhsil müddətində o oğluma deyib ki, bizim imkanımız var ki, “sizi Almaniyada fəaliyyət göstərən peşə məktəbinə yönəldək”. Bunun üçün oğlumdan 973 avro ödəniş istəyib. Biz də məsləhətləşəndən sonra razılaşdıq. Müqavilə imzaladıq.
 

Müqavilədə deyilirdi ki, ilkin olaraq 500 avro ödəməliyik. Qalan 473 avro isə peşə məktəbindən dəvət gələndən sonra ödəniləcək. Bir müddət keçəndən sonra Ruslan Həşimli bizə bildirdi ki, “Murad artıq Almaniyada peşə məktəbinə qəbul olub”.  Bizdən qalan 473 avronu və Almaniyada ev kirayəsi üçün 570 manat pul tələb etdi. Biz də deyilən vəsaiti ödədik.


Bir müddət sonra Ruslan Hacızadə bizə bildirdi ki, “Murad müsabiqədən keçməyib”. Bu zaman biz ödədiyimiz pulların geri qaytarılmasını tələb etdik. O da cavabında bildirdi ki, “heç bir vəsait qaytarılmayacaq. Oğlunuz zəif nəticə əldə edib”. Çox çək-çevirdən sonra Ruslan Hacızadə bizə dedi ki, “yalnız 570 manat ev kirayəsini qaytara bilər”. Halbuki bağlanan müqavilədə aydın şəkildə göstərilir ki, 473 avro peşə məktəbinə qəbuldan sonra ödənilməlidir. Amma o pulu qəbuldan qabaq bizdən alıblar”

Şikayətçi əlavə edib ki, Ruslan Hacızadə müqavilə öhdəliklərini kobud şəkildə pozub:

“Heç bir nəticə olmamasına rəğmən bizdən 473 avro və 570 manat alıb. Bir aydan artıq müddətdir ki, biz get-gəldəyik. Amma Ruslan Hacızadə pulumuzu geri qaytarmır. Uşağı günahlandırır ki, “oxumadı”. Mən də deyirəm ki, “uşaq alman dilini öyrənə bilmirdisə, 7 ay bizdən niyə 2100 manat təhsil haqqı almısan?!” Biz isə ədalətli olaraq 2100 manat təhsil haqqını yox, Almaniya üçün bizdən alınan 973 avronu və 570 manat kirayə pulunu geri tələb edirik”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Bizim.Media-ya açıqlamasında “PRYM Academy”nin rəhbəri Ruslan Hacızadədə bildirdi ki, ilk dəfə Murad özü onlara müraciət edib:

“Murad onunla fərdi məşğul olmağımızı istəyib. Bunu da belə izah edib ki, Almaniyaya getmək onun ən böyük arzusudur. Biz də ona izah etdik ki, bunun üçün çox oxumalı, çalışmalıdır. Dedi ki, “oxuyacam”. Birinci ay yaxşı oxusa da, sonrakı aylarda göstəricilər zəif olub. Dəfələrlə Murada və anasına xəbərdarlıq etmişik ki, bu gedişlə Almaniyada təhsli unudun. Muradın göstəriciləri çox zəif idi. Bununla belə Murad təkid etdi ki, “mənim sənədlərimi göndərin, o vaxtacan oxuyub çatdıracam”. Hətta Muradın valideynlərinə xəbərdarlıq etmişəm ki, nə qədər gec deyil, gəlin müqaviləni dayandıraq. Amma qarşı tərəf razılaşmayıb.

Nəhayət müsahibə vaxtı yaxınlaşanda Murada dedim ki, sən hazır deyilsən, heç olmasa al bu iki vərəqi əzbərlə ki, səni müsahibədən keçirə bilək. Murad “hə” desə də, bu tapşırığı da öyrənmədi və nəticədə müsahibədən kəsildi. Mən ona ikinci dəfə müsahibədə iştirak imkanı yaratdım. Lakin o razılaşmadı. Atası isə ofisimizə gəlib ödənilən bütün pulları geri istədi. Mən də bildirdim ki, ancaq kirayə pulunu qaytara bilərəm. Qalan pul Almaniya şirkətinin hesabına köçürülüb. Razı deyilsənsə, get polisə şikayət elə”.







Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

End of content

No more pages to load

RADİO