“Azərbaycan dilinin normaları özəl sektorun bəzi hissələrində pozulur”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri qeyd edib ki, iaşə obyektlərində adları birinci sırada ingilis və başqa dillərdə, üçüncü və sonrakı sırada Azərbaycan dilində yazırlar.
O bildirib ki, dövlət dilinin norması əsas dil norması kimi tətbiq olunacaq.
Günay Şahmar, Bizim.Media