“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO

İnnovasiya və sürət lideri “Bakcell” 15 sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) “Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin rəqəmsal çağırışlarına hazırlamaq olub.

Görüş çərçivəsində “Bakcell” və MTK-nın rəhbərliyinin iştirakı ilə panel müzakirəsi keçirilib.

Paneldə süni intellektin gündəlik həyat və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun iştirakı iştirakçılarda böyük maraq yaradıb. “Prompt mühəndisliyi” mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin ölkədə və beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələrinə təsiri ilə daha yaxından tanış olublar. Gənclər praktiki məşğələlər vasitəsilə öz ideyalarını vizuallaşdıraraq sessiyanın sonunda real təcrübə qazanıblar.

“Azərbaycanın rəqəmsal gələcəyi məhz gənclərin bacarığı və onların yaratdığı innovasiya ekosistemi üzərində qurulacaq. Bu istiqamətdə təşkil olunan tədbirlər Azərbaycanın gənclərinə biliklərini zənginləşdirmək, praktiki bacarıqlar qazanmaq və gələcəyin innovativ liderləri kimi formalaşmaq üçün imkan yaradır”, – deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

"Süni intellekt kimi müasir texnoloji platformaların gətirdiyi çətinliklərin öhdəsindən gəlmək üçün təhsil müəssisələri sabah yox, bu gün addım atmalıdır", – deyə MTK-nın baş icraçı direktoru Tural Abbasov bildirib.

“Bakcell” sürətlə dəyişən dünyada gənclərin innovativ düşüncə tərzinin formalaşmasını və rəqəmsal bacarıqların inkişafını əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkədə innovasiya ekosisteminin güclənməsinə və gələcəyin işçi qüvvəsinin hazırlanmasına töhfə verir.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.

Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Ofeliya Şabanovaya ağır itki - VİDEO

Ofeliya Şabanovaya ağır itki - VİDEO

İş günü qısaldılacaq - Bu tarixdə

İş günü qısaldılacaq - Bu tarixdə

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

End of content

No more pages to load

RADİO