Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi gündəmə gətirilib və bu istiqamətdə yeni qanun layihəsinin parlamentə təqdim olunması nəzərdə tutulur. Sənədin məqsədi vətəndaşlara pensiya kapitalından daha çevik istifadə imkanı verməkdir. Lakin ictimaiyyətdə yaranan “istədiyi vaxt pensiyaya çıxmaq” fikri reallığa uyğun deyil. 

Mütəxəssislərin sözlərinə görə, özəl fondlar sadəcə əlavə seçim kimi nəzərdə tutulur, dövlət pensiyasına çıxma yaşı isə dəyişməyəcək.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Yenisabah.az”a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bəzi məqamlara aydınlıq gətirib:

“Özəl pensiya fondlarının yaradılması məsələsi çoxdan müzakirə olunur, amma burada müəyyən həllini tapmalı məqamlar var. Özəl pensiya fondlarının üstünlüyü ondadır ki, şəxs ora yatırdığı pulu, yəni həmin vəsaiti, vərəsəliklə də ötürə bilir. Üstəlik, həmin vəsaitin dövriyyəsindən gəlir əldə olunur, əlavə faiz qazanmaq imkanı yaranır. 

Yaxşı cəhətləri olsa da, əsas problem ondan ibarətdir ki, bu vəsaitlərin idarə olunması üçün onların investisiya edilməsi zəruridir. Yığılan vəsait düzgün istiqamətə yatırılmalı, oradan gəlir əldə olunmalıdır. Çünki həm fondun saxlanma xərcləri qarşılanmalı, həm vəsaiti qoyanların pulu inflyasiyadan qorunmalı, həm də üzərinə faiz gəlməlidir”.

S.Məmmədov bu sahədə bir sıra problemlərin olduğunu da vurğulayıb:

“Bu baxımdan müəyyən problemlər meydana çıxır. Belə ki, ölkədə toplanan vəsaiti yönəltmək üçün riski az olan investisiya sahələrinin sayı məhduddur. Vəsait elə istiqamətlərə yatırılmalıdır ki, orada risk minimum olsun və vəsait batma təhlükəsi yaranmasın. Ona görə də bu pulların yatırımı əsasən yalnız banklar vasitəsilə mümkündür, lakin bütün banklara da güvənmək olmur.

Məhz buna görə müəyyən çətinliklər mövcuddur. Hər halda müzakirələr davam edir və ehtimal olunur ki, yaxın gələcəkdə bu fondlar yaradıla bilər.

Amma sual budur: əhali buna nə dərəcədə maraq göstərəcək və vəsaitlərini özəl pensiya fondlarına yatıracaqmı?

Məsələn, bu gün insanlar vəsaitlərini banka qoyaraq 11-12 faizlə dividend və ya depozit gəliri götürə bilirlərsə, həmin pulu pensiya fonduna yatırmağa maraqlı olacaqlarmı? Bütün bu suallar açıq qalır. Buna görə də bu məsələdə tələsmək olmaz. Elə buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu prosesi çox ciddi şəkildə, hərtərəfli öyrənir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

End of content

No more pages to load

RADİO