Sentyabrın 16-da Bakının iki rayonunda təbii qazın verilişində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd edilib ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar sentyabrın 16-sı saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazi və Əli İsazadə küçəsi, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndində qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media