Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
Xatırladaq ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb. Dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.
Bizim.Media