Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

"İnsanlar indi "korlanıblar". Hazırda sosial şəbəkələr var, hamı hər şeydən xəbərdardır. Orada nə qədər "dəlilər" var ki, yazıb bir-birilərini təhqir edir, biabırçı söyüşlər işlədirlər. Adam qalmayıb ki, təhqir etməsinlər".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev "Geriyə baxanda" verilişində deyib. O, ailələrin dağılmasının səbəblərindən danışıb:
 

"Onu da deyim ki, bütün dünyada bu problem var. Hər on ailədən səkkizi boşanır. Qadınlar istəyirlər daha sərbəst olsunlar. Əgər ailədə kişi və qadın eyni işdə işləyib, eyni maaşı alırlarsa, "niyə görə mən sənə tabe olmalıyam" məsələsi ortaya çıxır. Qızları belə böyütməyiblər: Kişi nə dedi, öl-qal, bunu etməlisən. İndi belə şeylər yoxdur. Ona görə də ailədə çətinliklər yaranır.


Maliyyə məsələləri də buna təsir edir. Çox adam elə bunu səbəb göstərir. Yalnız pul xoşbəxtlik gətirə bilməz. Cavanlar da, böyüklər də bunu başa düşməlidirlər. Amma yenə də maliyyə bəzi ailələrdə böyük problemdir. Belə hallarda boşanırlar: Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir".

Ç.Abdullayev əlavə edib ki, Azərbaycanda boşanmaya münasibət birmənalı deyil:

"Bizdə boşanmanı təhqir kimi qəbul edirlər. Avropa da isə tərəflər dost kimi qalır, bir-birilərinin evinə gedirlər. Orada kişi evlənir yeni xanımı ilə eks-həyat yoldaşını tanış edir. Qadın yenidən ərə gedir, ikinci həyat yoldaşını keçmiş əri ilə tanış edir. Bu, mentalitetlə bağlı bir şeydir. Boşanmaq bizim kişilərimizə toxunur ki, ayrıldığı xanımı gedib kiminləsə görüşsün. Elə xanımlar da düşünürlər ki, bu adam mənimlə evli olub, necə gedib başqası ilə ola bilər?"

Yazıçı vurğulayıb ki, bəzi xanımlar həyat yoldaşlarının xəyanətinə göz yumurlar:

“Gəlin, özümüzü aldatmayaq, bəzi xanımlar bilirlər ki, həyat yoldaşı başqa yerdə kiminləsə görüşür, lap ikinci ailəsi var, uşaqları da olub. Deyir ki, "nə olsun?. Uşaqlarımın atasıdır, imkanı var, qoy, elə iki ailəni də saxlasın". Əslində müsəlmanıq, 4 həyat yoldaşı ola bilər. Mən bunu dəstəkləmirəm. Amma elə qadınlar var ki, bununla razılaşırlar. Başqa millətin qadınları həyat yoldaşı qanunsuz nəsə edəndə tez ondan hüquq-mühafizə orqanlarına şikayət edirlər. Amma Azərbaycan qadınları bunu etmir". /Axşam.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

End of content

No more pages to load

RADİO