İş xanımı ilə fitnesçinin 550 minlik qalmaqalı böyüyür: "Pasportlarda möhürlər var" - FOTO

İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyondan çox pulunu ələ keçirdiyini iddia edib. Hidayət Məhərrəmli isə iddiaları təkzib edib, o, iki ildir ki, iş xanımı ilə əlaqəsinin kəsildiyini qeyd edib.

Bizim.Media xəbər verir ki, Ş.Yunusova məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTO


O, pasportlarda H.Məhərrəmlinin yalan danışdığını sübut edən qeydiyyat möhürlərinin olduğunu bildirib:

"Bir neçə ay əvvələdək bir yerdə idik. Birlikdə xarici ölkələrə gedirdik. O məni aldadaraq biznes qurmaq və yüksək gəlir əldə etmək vədləri ilə 550 min manatımı alıb. Birlikdə 2024-25-ci illər ərzində Dubaya, Türkiyəyə və Afrika ölkələrinə səfərə getdik. Biz təkcə ötən ilin yayında Afrika turuna çıxmışdıq. Buna dair görüntülər onun səhifəsində də var, mənim də kifayət qədər fotolarım mövcuddur. 

Həmişə bütün xərclərini mən çəkmişəm. O, sadəcə, özünü quruya çıxarmağa çalışır, çünki bütün əməllərinin üstü tədricən açılır. Onunla münasibətimiz bu ilin fevralında kəsilib. Məni aldatdığını və pulları mənimsədiyini gördükdən sonra geri tələb edirdim. O isə məni hər dəfə şiddətli şəkildə döyürdü".

Ş.Yunusova vurğulayıb ki, sosial şəbəkədə yayılan görüntülər bəzi şəxslərdə məsələ ilə bağlı aydın olmayan fikirlər yaradıb:

"Həmin şəkillərin çoxu xalamgildə, ya da rəfiqəmin evində çəkilib. Çünki Hidayət məni döydüyü üçün bədənim göyərirdi və ailə üzvlərim çox narahat olurdular. Hər dəfə bəhanə gətirirdim və başqa yerdə qalmaq qərarına gəlirdim. İşimdə də problemlər yaranırdı. Həm də Hidayət məni qardaşımla dəfələrlə şantaj edib, onun başına oyun açdıracağı ilə hədələyirdi. Bəzən isə məni aldadaraq pulları hissə-hissə qaytaracağını deyirdi. Bütün bu səbəblərdən gözləyirdim ki, məsələ həll olunar və polisə müraciət etmirdim".

Şikayətçi bildirib ki, ona dəymiş zərər həm maddi, həm də mənəvi baxımdan qat-qat artıqdır, lakin qarşı tərəfdən yalnız biznes qurmaq vədi ilə aldığı 550 min manatı tələb edir:

"Mən uzun müddət tekstil sənayesində fəaliyyət göstərmişəm və hazırda da bu sahədə nüfuzlu şəxslərdən biriyəm. Lakin bu problem mənə çox böyük itkilər yaşadıb. Yalnız biznes üçün verdiyim vəsaiti geri qaytarsa, ondan olan şikayətimi geri götürər və məsələni bağlayaram.
 

Bu insan cəmiyyət üçün təhlükəlidir və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır. Onun mənə yetirdiyi xəsarətlərin bəziləri və psixoloji zədələr ömürlük qalacaq. Xəsarətlərim tək fotolarda görünənlər deyil, başımda, gözümdə, daxili orqanlarımda o qədər zədələr var ki, hələ də ağrısını hiss edirəm. Məni qayışla o qədər döyüb, yerdə sürüyərək saçımı o qədər yolub ki, saçım topa-topa tökülüb".


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüat araşdırma predmetidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

Mart ayında yükdaşımalar ARTIB

Mart ayında yükdaşımalar ARTIB

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO