“Təxminən 14 ümumi təhsil müəssisəsi var ki, o məktəblərdə tam orta təhsil səviyyəsində təmayüllü siniflər təşkil olunub. Bu, məktəblərdə repetitorluq fəaliyyətinə razılıq kimi anlaşılmamalıdır”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, təmayüllü siniflərin məqsədi həmin təhsil pilləsində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını keyfiyyətli şəkildə təmin etməkdir:
"Şagirdlər məktəbdənkənar müəllim yanına getmədən, məktəbdə öz müəllimlərindən tədris ala bilər. Düşünürəm ki, bu ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq”.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media