DTX-nin həbs etdiyi Anass Derraz: "Mənə 2 milyon 250 min dollar çatmalı idi" - MƏHKƏMƏ

Fransanın "SAUR" şirkətinin vitse-prezidenti, külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anass Derraz dövlət ittihamçısının suallarını cavablandırıb.

Dövlət ittihamçısının ixtisasca mühəndis olan şəxsin məhkəmədə Fərhad Əhmədovun işi ilə bağlı hüquq məsləhətçisi kimi necə çıxış etməsinə Anass Derraz cavab verib:

"Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Ona məsləhətlər vermişəm. Fərhad Əhmədovun Dubayda yaxtası var idi. Bu yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm var idi. Bir daha qeyd edirəm ki, mən prosesdə iştirak etməmişəm, sadəcə köməklik etmişəm. İşləri koordinasiya etmişəm. Mən onların mandatlı nümayəndəsi idim. Yaxta azad olunmadı və mən bonus almadım".

Təqsirləndirilən iş adamı Fərhad Əhmədovla tanışlıq məsələsinə də aydınlıq gətirib:

"Tanışlığımız ortaq dostlar sayəsində baş tutub. Müqavilə də onunla olub. Aramızdakı müqavilə də hüquqi yardım deyil, məsləhətdir. Müqaviləmiz də əsasən Birləşmiş Ərəb Əmirliklərində icra olunurdu. Hüquqi məsləhət zamanı qonorar almışam. Mənim Dubayda bank hesabım olub. Pul İsveçrədən Fərhad Əhmədovun hesabından köçüb".

Daha sonra təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Dubayda yaşayıb. Onun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəisi Aleksandr Benalla ilə tanışlığı olub.

Fərhad Əhmədovla "Luna" adlı yaxtasının həbsdə olması və həbsin götürülməsi üçün kömək lazım olması barədə söhbətləri olub:

"London məhkəməsinin əsassız qərarı barədə danışdı. Onlayn formatda görüşdük. Benalla dedi ki, əlaqələri vasitəsilə yaxtanı həbsdən azad edəcək. Mən də hüquqi məsləhət verməli, vəkillər tapmalı idim. Bir növ lobbiçiliklə məşğul olmalı idim. 
 

Biz yaxtanın həbsdən azad edilməsini, həmçinin onun sularda azad üzməsini təmin edəcəkdik və bunun üçün müqavilə bağladıq. Müqavilə dəyəri 6 milyon 140 min dollar idi. Biz pulu böldük. 2 milyon 250 min mənə, 3 milyon 290 min dollar Aleksandr Benallaya çatacaqdı. Sonra avans olaraq 400 min dollar Benalla, 200 min dollar mən götürdüm.


Qalan pulu da işi tam təhvil verdikdən sonra götürəcəkdik. Pul bizə Fərhad Əhmədovun İsveçrədəki bank hesabından köçürülüb. Mən 15 noyabr 2018-ci ildə müqavilə bağladım. Benallanın da öz müqaviləsi var idi. Sonra mediada oxudum ki, Aleksandr Benalla milyonçu İsgəndər Mahmudovdan pul aldığı üçün məsuliyyətə cəlb edilib. 

Mən üzərimə düşəni yerinə yetirdim, amma "Luna" azad edilmədi. Lakin mən qonorarımı geri qaytarmadım. Bu, müqavilənin şərtlərində də əks olunmuşdu. Bizə köçürmə zamanı Aleksandr Benallada bankda problem yaranmışdı. O, pulun "Luna"nın həbsdə olduğu, azad edilməsi üçün olduğunu desə də, bank bunu internetdə axtarıb yanlış olduğu üçün imtina etdi. Məndən də mənbə soruşuldu, amma mən mənbəni dedim, problem yaranmadı. Aleksandr Benallaya gəldikdə isə "Luna" həbsdə idi. İnternet ciddi mənbə deyil. Bank deyib ki, guya "Luna" üzərində həbs yoxdur".

Oktyabrın 2-də keçirilməsi nəzərdə tutulan növbəti proses şahidlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
 

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürüb.


A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Maliyyə Nazirliyi növbəti depozit hərracı TƏŞKİL ETDİ

Maliyyə Nazirliyi növbəti depozit hərracı TƏŞKİL ETDİ

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

Probiotiklərin potensialyan təsirləri və riskləriAÇIQLANDI

Probiotiklərin potensialyan təsirləri və riskləriAÇIQLANDI

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

Mədinə şəhəri səmasında ralet VURULDU - İsrailə atılıbmış - VİDEO

Mədinə şəhəri səmasında ralet VURULDU - İsrailə atılıbmış - VİDEO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Türkiyə Bakı-İrəvan arasında yekun sülhün BU TARİXDƏ imzalanacağını gözləyir

Türkiyə Bakı-İrəvan arasında yekun sülhün BU TARİXDƏ imzalanacağını gözləyir

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov

"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

BMT-də Fələstinin tanınmasına dair SƏSVERMƏ KEÇİRİLDİ - Azərbaycan lehinə səs verdi

BMT-də Fələstinin tanınmasına dair SƏSVERMƏ KEÇİRİLDİ - Azərbaycan lehinə səs verdi

Aysel “Yetim Elçin”dən DANIŞDI: “Başqa qadından iki uşağı var” - VİDEO

Aysel “Yetim Elçin”dən DANIŞDI: “Başqa qadından iki uşağı var” - VİDEO

Millimiz böyük hesabla Gürcüstana UDUZDU

Millimiz böyük hesabla Gürcüstana UDUZDU

Tibbdə İNQİLAB: Sümüklərin böyüməsini sürətləndirən implant

Tibbdə İNQİLAB: Sümüklərin böyüməsini sürətləndirən implant

Salyanda böyürtkən yığan 62 yaşlı kişi GÜLLƏLƏNDİ

Salyanda böyürtkən yığan 62 yaşlı kişi GÜLLƏLƏNDİ

Rusiyanın dondurulmuş aktivləri TƏHLÜKƏ ALTINDA

Rusiyanın dondurulmuş aktivləri TƏHLÜKƏ ALTINDA

“Qarabağ”-“Zirə” oyununda heç-heçə - VİDEO

“Qarabağ”-“Zirə” oyununda heç-heçə - VİDEO

Natavanın oğlu ilə əyləncəsi - VİDEO

Natavanın oğlu ilə əyləncəsi - VİDEO

Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Məşhur tarixi parkın yenidən qurulmasına 13 milyon dollar AYRILDI - FOTO

Məşhur tarixi parkın yenidən qurulmasına 13 milyon dollar AYRILDI - FOTO

Birinci Liqa: “Səbail” mövsümə qələbə ilə BAŞLADI

Birinci Liqa: “Səbail” mövsümə qələbə ilə BAŞLADI

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

End of content

No more pages to load

RADİO