Ödənilməyən vəsait üçün vergi tələb olunarsa, sahibkar nə etməlidir? - Anar Bayramovdan açıqlama

Azərbaycanda özəl sektorun inkişafı istiqamətində mütəmadi olaraq addımlar atılır. Lakin sahibkarlar üçün bəzi problemlər hələ də qalır.
 

Son zamanlarda sahibkarların ən çox üzləşdiyi problemlərdən biri isə sifarişçi tərəfin ödənişləri gecikdirməsidir. Belə ki, bir çox hallarda işi icra edən tərəf müqaviləyə uyğun olaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirir, tələb olunan işi reallaşdırır. Lakin sifarişçi tərəfindən pulun ödənişi bəzən aylarla uzanır.


Belə vəziyyətdə təbii ki, vergi öhdəliyini reallaşdırmaq tələb olunur. Qanuna əsasən, ödəniş əməliyyatı baş verən andan vergi hesablanır və sahibkar onu vaxtında ödəməlidir. Ona görə də kassaya pul gəlməsə də, vergi dərhal tələb olunur. Sahibkar da məcbur olub hələ əldə etmədiyi vəsaitə görə vergi ödəyir. Bu, sahibkarın maliyyə sabitliyinə ciddi təsir edir. Belə ki, nağd pul dövriyyəsi pozulur, digər öhdəlikləri yerinə yetirmək çətinləşir və işçilərin maaş fondu, gündəlik xərclər təhlükə altına düşür.

Bəs sahibkarlar üçün bu vəziyyətdən çıxış yolu nədir?

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, suala iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov aydınlıq gətirib. O bildirib ki, belə vəziyyətdən müvafiq çıxış yolu var:

“Belə ki, vergi qanunvericiliyi bu məsələdə sahibkarlara müəyyən imkanlar təqdim edir. Vergi Məcəlləsinin 85-ci maddəsinə görə, vergi ödəyicisi vergi orqanına müraciət etməklə borcun təxirə salınmasını və hissələrə bölünməsini tələb edə bilər. Nəzərə alaq ki, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən hallarda dəyişdirilə bilər.

Bu hallar hansılardır?

1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;

2. Vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə;

3. Təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verənlər nəticəsində vergi ödəyicisinə zərər dəydikdə;

4. Vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda.

Bütün bunlar nəzərə alınaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddəti sahibkarların seçimindən asılı olaraq uzadıla bilər. Məsələn, sahibkara 6 aydan çox olmayan müddətə möhlət verilə bilər. Eləcə də vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşdırılmış ödəniş qrafikinə əsasən 1 ildən çox olmayan müddətə möhlət hüququ tanınar. Bu mexanizm sahibkara birdəfəlik ödəmək əvəzinə, qrafik üzrə hissə-hissə ödəməyə şərait yaradır. Nəticədə, sahibkarın maliyyə sıxıntısı aradan qaldırılır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda təşkilatlardan birinə kiberhücum olub

Azərbaycanda təşkilatlardan birinə kiberhücum olub

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Xamenei İranın qələbəsini ELAN ETDİ

Xamenei İranın qələbəsini ELAN ETDİ

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

End of content

No more pages to load

RADİO