Həkim xəstənin çıxışını tortla qeyd edib? - Açıqlama + Video

Təcili tibbi yardım maşınında qəzaya düşərək xəstəxanaya yerləşdirilən Əliağa Quliyevin oğlu Elməddin Təhməzli həkimlərin atasına qarşı hörmətsizlik etdiyini iddia edib.

Bizim.Media xəbər verir ki, E.Təhməzli “qafqazinfo.az”a müraciətində atasının həkim olduğunu, xidmətdə olarkən ağır qəza keçirdiyini, yerləşdirildiyi xəstəxanada ona qarşı həkimə yaraşmayan hərəkət edildiyini bildirib:

“Atam Əliağa Quliyev TƏBİB-in işçisidir, o, avqustun 1-i Hacıqabulda təcili tibbi yardım maşınında qəzaya düşüb. Həmin gündən də komatoz vəziyyətdə, ağır kəllə-beyin travması diaqnozu ilə “Appro Hospital”a yerləşdirilib. Cərrah Ağadadaş Qasımov atamı əməliyyat etdi. Bizdən 40 min manata yaxın pul aldılar. Lakin 35 gündən sonra həkimlər bizə “bu xəstə öləcək” deyib, xəstəxanadan çıxarmağımızı məsləhət gördülər. Atamı Kliniki Tibbi Mərkəzə köçürdük.

Hazırda komadadır.

Biz atamı digər xəstəxanaya köçürdükdən sonra “Appro Hospital”ın Vaqif adlı həkimi vatsap hesabında xəstəxanada çəkilən video paylaşıb.

Videoda cərrah Ağadadaş Qasımov kənardan Vaqif doktora xitabən: “Bir tort sizin ad gününüz üçün, digəri də Əliağa (Əliağa Quliyev) getdiyi üçündür” deyir. Mənim atam TƏBİB-in işçisi olub, onlar ağır vəziyyətdə olan xəstəyə, öz həmkarlarına qarşı hörmətsizlik edib”.

Məsələ ilə bağlı adıçəkilən cərrah Ağadadaş Qasımovla əlaqə saxlasaq da, o suallarımıza cavab verməkdən imtina edərək telefonu qapadıb.

Daha sonra “Appro Hospital”la əlaqə saxladıq. Hospitaldan bildirildi ki, avqustun 1-i axşam saatlarında yol-nəqliyyat hadisəsi nəticəsində müştərək ağır kəllə-beyin travması almış pasiyent Quliyev Əliağa “Appro Hospital”a yerləşdirilib:

“Klinikaya axşam saat 22:00 radələrində qəbul olunarkən pasiyentin vəziyyəti həkim heyəti tərəfindən son dərəcə ağır qiymətləndirilib və dərhal cərrahi əməliyyata götürülüb. Neyrocarrah Ağadadaş Qasımov tərəfindən aparılan, beş saata qədər çəkən ağır əməliyyatdan sonra xəstənin həyatını xilas etmək mümkün olub. Bütün göstəricilərə görə xəstənin vəziyyətinin kəskin ağır olmasına baxmayaraq, “Appro Hospital” heyəti tərəfindən yüksək tibbi xidmət nümayiş olunaraq, zamanında cərrahi əməliyyatın aparılması və otuz yeddi gün ərzində bütün zəruri reanimasiyon tədbirlərin görülməsi xəstəni ölümdən qurtarıb və ona yaşama ümidi verib.
 

Pasiyentin yaxınlarına klinikanın özəl müəssisə olduğu və müalicənin maliyyə xərcləri tələb edəcəyi barədə məlumat öncədən verilib. Pasiyentin vəziyyətində müsbət dinamikanın olmasına baxmayaraq, xəstəyə göstərilən tibbi xidmətlərə görə özəl klinikamıza yaranmış on min manata yaxın borcu ödəmədən, ailə yaxınları xəstəni təkidlə dövlət xəstəxanasına köçürülməsini tələb edirdilər. 2025-ci il sentyabrın 6-da, saat 23:00 radələrində pasiyentin yaxınları onu klinikadan çıxararaq öz təşəbbüsləri ilə dövlət xəstəxanasına köçürüb.


Mediada səs-küyə səbəb olan yayılmış məlumatların bütün istiqamətlərdə yalnış olmasını diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Yayılan məlumatlarda göstərilən məbləğ həqiqəti əks etdirmir və hazırda da klinikamıza on min manata qədər borcu olmasına baxmayaraq, xəstənin köçürülməsi üçün tam şərait yaradılıb.


Məlum hadisə ilə bağlı səs-küyə səbəb olmuş senytabrın 8-i “Appro Hospital”da həkimin ad günü qeyd olunan zaman çəkilən videogörüntüdə tort kəsilməsi zamanı söylənilən təbrik nitqləri “Appro Hospital”ın kollektivi tərəfindən statuslarda paylaşılıb. Bu isə xəstə yaxınları tərəfindən qərəzli şəkildə qarşılanıb.
 

Təbrik nitqləri zamanı son vaxtlar klinikamızda pasiyentlərin sağ-salamat yola salınması bir uğur kimi vurğulanıb. Pasiyent Quliyev Əliağanın yaxınları bu videonu qəzəblə qarşılayıb. Qeyd edək ki, adıçəkilən pasiyent klinikamıza yüksək məbləğdə borclu qalmasına baxmayaraq burada sona qədər yüksək xidmət alıb.



Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, əməkdaşlarımız pasiyentə ən ağır vəziyyətdə bütün peşəkar və etik öhdəliklərini yerinə yetirməsinə, lazım olan tibbi yardımı tam şəkildə göstərmələrinə baxmayaraq, xəstə yaxınlarının şantaj və hədə xarakterli təzyiqləri qəbuledilməzdir. Bu hal davam edəcəyi təqdirdə, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara tərəfimizdən müraciət ediləcək”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neftimiz 2 dollardan çox bahalaşdı

Neftimiz 2 dollardan çox bahalaşdı

Sumqayıtdan Bakıya yeni marşrut xətti istifadəyə verildi

Sumqayıtdan Bakıya yeni marşrut xətti istifadəyə verildi

BU BÜRCLƏRİN problemləri keçmişdə qalacaq

BU BÜRCLƏRİN problemləri keçmişdə qalacaq

Salyanın bəzi kəndlərində işıq olmayacaq

Salyanın bəzi kəndlərində işıq olmayacaq

FHN-dən dumanlı hava ilə bağlı bu şəxslərə MÜRACİƏT

FHN-dən dumanlı hava ilə bağlı bu şəxslərə MÜRACİƏT

Yığmamız İslamiadada indiyədək 29 medal qazanıb

Yığmamız İslamiadada indiyədək 29 medal qazanıb

VALYUTA məzənnələri: Avro bahalaşdı, Türkiyə lirəsi ucuzlaşdı

VALYUTA məzənnələri: Avro bahalaşdı, Türkiyə lirəsi ucuzlaşdı

Dumanlı hava neçə gün davam edəcək?

Dumanlı hava neçə gün davam edəcək?

"Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəlilədi

"Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəlilədi

Prezident Konstitusiya Günü ilə bağlı paylaşım etdi – FOTO

Prezident Konstitusiya Günü ilə bağlı paylaşım etdi – FOTO

İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaq

İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaq

Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım – FOTO

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Şəhid Əmrah Kuranın ailəsinə xəbərin verildiyi an – VİDEO

Şəhid Əmrah Kuranın ailəsinə xəbərin verildiyi an – VİDEO

Monqolustan quzusunun kababının dadı necə olur? – VİDEO

Monqolustan quzusunun kababının dadı necə olur? – VİDEO

Həlak olan ekipaj üzvlərinin FOTOLARI

Həlak olan ekipaj üzvlərinin FOTOLARI

Dünyanın sonunu Günəş gətirəcək - Bəs nə vaxt?

Dünyanın sonunu Günəş gətirəcək - Bəs nə vaxt?

Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri - İlkin versiya

Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri - İlkin versiya

Göygöldə maşın ağaca çırpıldı - 4 yaralı var

Göygöldə maşın ağaca çırpıldı - 4 yaralı var

Tramp BBC-ni məhkəməyə verir

Tramp BBC-ni məhkəməyə verir

İspaniya millisinin baş məşqçisi “şoka düşdü”

İspaniya millisinin baş məşqçisi “şoka düşdü”

Ağdaşda evdən meyit TAPILDI

Ağdaşda evdən meyit TAPILDI

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı oldu

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı oldu

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un HƏDƏFİNDƏ

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un HƏDƏFİNDƏ

End of content

No more pages to load

RADİO