“Direktor olacaq şəxsin heç olmasa məktəbdə direktor müavini işləmiş olmasına baxılacaq”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək.
Onun sözlərinə görə, şagird sayı 500-dən çox olan müəssisələrə isə direktor seçimi zamanı ilk növbədə şagird sayı az olan müəssisələrin direktorlarının müsahibə nəticələrinə əsasən yerdəyişməsi nəzərdə tutulur.Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib.
Günay Şahmar, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media