Azərbaycanda iki nazirlik birləşəcək?

Azərbaycanda dövlət idarəetməsində yeni islahat dalğasının başlanacağı gözlənilir. Məlumata görə, yaxın aylarda iki nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin ləğvi nəzərdə tutulur. Hələlik detallar açıqlanmayıb və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilir.

Məqsəd dövlət xərclərinin azaldılması, idarəetmənin daha çevik və funksional hala gətirilməsidir.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov modern.az-a açıqlamasında deyib ki, institusional islahatlar Azərbaycanın idarəetmə modelində hər zaman prioritet olub:
 

“Əvvəlki dövrlərdə bəzi qurumların birləşməsi, həm də yeni qurumların yaradılmasını müşahidə etmişik. İslahatların fəlsəfəsinə, həm də yerli və qlobal çağırışlara uyğun olaraq, bu istiqamətdə qərarlar verilir. Biz struktur islahatlarının hər zaman prioritet olduğunu görürük. Bununla bağlı hökumətdə qiymətləndirmələr aparıldıqdan sonra qərarlar verilir. Ümumiyyətlə, idarəetmədə çevikliyin artırılması üçün institusiyonal islahatların davamlılığı, həm də elektron xidmətlərdən daha çox istifadə əsas hədəflərdəndir”.


Deputat qeyd edib ki, bu istiqamətdə işlər davam edir: “Çünki iqtisadiyyat ağarması, islahatların dərinləşməsi, institusional idarətetmədə də yeni baxışı zəruri edir. Bu kontekstdən iqtisadi islahatlar davam edir. Ona görə də növbəti dövrlərdə də belə islahatların həyata keçirilməsini görəcəyik”.

Azərbaycanda dövlət strukturlarının optimallaşdırılması prosesi yeni deyil. Məsələn, 2019-cu ildə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Ekspertlərin fikrincə, bu dəfə də oxşar mexanizmlər tətbiq oluna bilər, bəzi paralel funksiyaları olan qurumların birləşdirilməsi, səmərəliliyi artırmaq və büdcə xərclərini azaltmaq üçün əsas vasitə kimi nəzərdə tutulur.

Yeni struktur qərarlarının yaxın aylarda elan ediləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Levandovskini bu futbolçu ilə əvəz etməyə HAZIRLAŞIR

"Barselona" Levandovskini bu futbolçu ilə əvəz etməyə HAZIRLAŞIR

Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

Aralıq dənizində GÜCLÜ ZƏLZƏLƏ oldu

Aralıq dənizində GÜCLÜ ZƏLZƏLƏ oldu

Sumqayıt-Bakı marşrutunun dayanacaq məntəqələri AÇIQLANDI - FOTO

Sumqayıt-Bakı marşrutunun dayanacaq məntəqələri AÇIQLANDI - FOTO

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşləri Türkiyəyə aparılır - ANBAAN VİDEO

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşləri Türkiyəyə aparılır - ANBAAN VİDEO

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Qusar Peşə Liseyinə yeni direktor TƏYİNATI - FOTO

Qusar Peşə Liseyinə yeni direktor TƏYİNATI - FOTO

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı oldu - FOTO

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı oldu - FOTO

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ

Asiya klubu azərbaycanlı futbolçularla yollarını AYIRDI

Asiya klubu azərbaycanlı futbolçularla yollarını AYIRDI

Azərbaycanda nazirlik əməkdaşı silahla saxlanıldı - HƏBS EDİLDİ

Azərbaycanda nazirlik əməkdaşı silahla saxlanıldı - HƏBS EDİLDİ

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO

DİQQƏT! Sabah Bakının 2 rayonunda qaz olmayacaq

DİQQƏT! Sabah Bakının 2 rayonunda qaz olmayacaq

Zəngəzur dəhlizinin inşasına nə vaxt başlanacaq? – Paşinyan tarixi açıqladı

Zəngəzur dəhlizinin inşasına nə vaxt başlanacaq? – Paşinyan tarixi açıqladı

MDB liderləri Yeni il öncəsi bir araya gələcək– Putindən açıqlama

MDB liderləri Yeni il öncəsi bir araya gələcək– Putindən açıqlama

Bakı-Şamaxı yolunda yük maşını aşdı

Bakı-Şamaxı yolunda yük maşını aşdı

Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

Fərhad Məmmədov: “Belə davam edərsə, Aİ sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz”

Fərhad Məmmədov: “Belə davam edərsə, Aİ sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz”

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Vəfa Şərifovaya AĞIR İTKİ

Vəfa Şərifovaya AĞIR İTKİ

Dadaş Dadaşbəyli İslam Oyunlarını iki medalla BAŞA VURDU

Dadaş Dadaşbəyli İslam Oyunlarını iki medalla BAŞA VURDU

Gələn il üçün “dəfn pulu”nun MƏBLƏĞİ AÇIQLANDI

Gələn il üçün “dəfn pulu”nun MƏBLƏĞİ AÇIQLANDI

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı – FOTO

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı – FOTO

End of content

No more pages to load

RADİO