Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…

Bakıda metrodan istifadə qaydalarında dəyişikliklər gündəmdədir. Bu fonda avqustun 29-da “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədovun açıqlaması diqqət çəkib.

O bildirib ki, hazırda qurum aylıq və birsəfərlik gedişhaqqı kartlarının tətbiqini nəzərdən keçirir. 

Sitat: “Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

Azərbaycanda da məsafəyə görə ödəniş sistemi tətbiq edilə bilərmi? Birsəfərlik gediş kartları vətəndaşlar üçün nə qədər sərfəlidir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, metrolarda güzəştli ödəniş sistemi dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Bolqarıstan və digər ölkələrdə tətbiq olunur:

“Əsasən aztəminatlı ailələr, şəhid ailələri, xüsusi təqaüdlə təmin edilən şəxslər bu güzəştlərdən yararlanırlar. Tələbələr isə güzəştli kartlar vasitəsilə müəyyən şərtlərlə metrodan istifadə edə bilirlər. Bu mexanizmlər hər ölkədə fərqli şəkildə tənzimlənir və milli xüsusiyyətlər nəzərə alınaraq tətbiq olunur. Azərbaycanda da bu praktika qismən mövcuddur. Məsələn, məktəbəqədər uşaqlar, polis əməkdaşları, metroda çalışan və ya çalışmış şəxslərin bu nəqliyyat vasitəsindən pulsuz istifadə etməsi mümkündür. Güzəştli ödənişlərin tətbiqi əsasən istifadənin qaydaları ilə bağlıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda məsafəyə görə ödənişin tətbiq edilməsi hələ tezdir:

“Çünki bu sistemin qurulması üçün metro şəbəkəsinin genişlənməsi, infrastruktur problemlərinin həll edilməsi və xəttlərin sayının artması vacibdir. Bəzi ölkələrdə 70-80 metrostansiyası var və aralarındakı məsafə 100 kilometrdən çox olur. Belə hallarda məsafəyə görə ödəniş həm sərnişinlərin maraqlarını, həm də nəqliyyatda yüklənməni tənzimləmək üçün nəzərdə tutulur.

Beləliklə, sərnişinlər taksi, marşrut və ya metro arasında seçim edərkən qiymət, sürət və rahatlığı müqayisə edirlər. Bu baxımdan məsafəyə görə ödəniş mexanizmi nəqliyyatda yükün balanslaşdırılmasına imkan verir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

ADY taxıl daşımalarını artırıb – FOTO

ADY taxıl daşımalarını artırıb – FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏ – FOTO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏFOTO

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

End of content

No more pages to load

RADİO