1988-1990-cı illərdə törədilmiş cinayətlərlə bağlı sənədlər TƏDQİQ OLUNDU - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 8-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, iki oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiriblər. Yaşadığı binanın sakini Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşada, Xankəndidə və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar üzrə elan olunan sənədlərdən birinə əsasən şahid qismində dindirilmiş Cahangiryan Yuriy Osipoviç ifadəsində göstərib ki, Qarabağ İpək kombinatında “partorq” vəzifəsində işləmiş Koçaryan Robert Setrakoviç “Krunk” adlanan erməni təşkilatının fəal üzvlərindən birinə çevrilərək azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını aparmağa başlayıb.
 

O qeyd edib ki, R.Köçəryan azərbaycanlıların qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər, yığıncaqlar təşkil edib, işlədiyi kombinatda azərbaycanlı əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir edib, onların işdən çıxarılmasını həyata keçirib və azərbaycanlı əməkdaşların işdən çıxarılmasını kombinatın erməni olan digər vəzifəli şəxslərindən tələb edib.


Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Xanımının geyiminə görə TRT-dən qovulub?

Xanımının geyiminə görə TRT-dən qovulub?

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

End of content

No more pages to load

RADİO