Tərəvəzlərdəki təbii piqment xərçəngə qarşı immuniteti gücləndirir - ARAŞDIRMA

Çikaqo Universitetinin alimləri mühüm bir kəşf ediblər: göz sağlamlığına faydası ilə tanınan “karotinoid zeaksantin” maddəsi immun hüceyrələrinin xərçəngə qarşı fəaliyyətini gücləndirir və immunoterapiyanın effektivliyini artırır.

Bizim.Media xəbər verir ki, “zeaksantin” maddəsi tünd-yaşıl yarpaqlı tərəvəzlərdə (məsələn, kale kələmi), narıncı bibərdə, manqoda və qarğıdalıda olur.

O, həmçinin qida əlavəsi kimi də geniş yayılıb. Tədqiqatçılar müəyyən ediblər ki, bu təbii piqment immun sisteminin əsas "döyüşçüləri" sayılan və şiş hüceyrələrini məhv edən CD8+ T-hüceyrələrinin aktivliyini artırır. Çikaqo Universitetinin tibb professoru Cin Çenin sözlərinə görə, zeaksantin “tamamilə yeni bir funksiyaya malikdir”.

Qan analizləri göstərib ki, zeaksantin T-hüceyrə reseptorlarının strukturlarını sabitləşdirir və gücləndirir, hüceyrə daxilində güclü siqnal mexanizmlərini aktivləşdirir. Bu da T-hüceyrələrini daha aktiv və şişlərlə mübarizədə daha təsirli edir.

Siçanlar üzərində aparılan təcrübələrdə zeaksantinlə zəngin qidalanma xərçəng şişlərinin böyüməsini xeyli ləngidib. Müasir immunoterapiya üsulları — immun nəzarət nöqtəsi inhibitorları ilə birlikdə isə bu effekt daha da güclənib.

İnsan T-hüceyrələri üzərində aparılan sınaqlarda da zeaksantin onların melanoma, çoxsaylı miyeloma və glioblastoma hüceyrələrini məhv etmək qabiliyyətini artırıb.

Alimlər vurğulayırlar ki, zeaksantinin təhlükəsizlik profili yüksəkdir və mövcud müalicə protokollarına asanlıqla daxil edilə bilər. Lakin onun insanlarda effektivliyini təsdiqləmək üçün klinik sınaqlar aparılmalıdır.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf elmə yeni bir istiqamət açır — “nutrisioloji immunologiya”. Bu istiqamət ayrı-ayrı qida komponentlərinin immun sisteminin fəaliyyətini necə gücləndirə biləcəyini və müalicənin nəticəliliyini necə artıra biləcəyini öyrənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Xanımının geyiminə görə TRT-dən qovulub?

Xanımının geyiminə görə TRT-dən qovulub?

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

End of content

No more pages to load

RADİO