Kürdəmirdə 36 yaşlı kişini tok vuraraq öldürüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, rayonun Xırdapay kənd sakini 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu dəmir yoluna aid elektrik xəttində iş görərkən onu elektrik cərəyanı vurub.
Ağır bədən xəsarəti alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu