BİZİM TƏQVİM: 9 sentyabrda baş vermiş tarixi hadisələr

1991-ci ilin bu günündə Ermənistan silahlı qüvvələri Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni terror aktları həyata keçiriblər. Ağdam-Xocavənd marşrutu üzrə hərəkət edən avtobusun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib, 34 nəfər yaralanıb. Ağdam-Qaradağlı marşrutu üzrə hərəkət edən avtobusun gülləbaran edilməsi nəticəsində isə 8 azərbaycanlı həlak olub, 42 nəfər xəsarət alıb.

Bəs, sentyabrın 9-da dünyada daha hansı hadisələr baş verib?

1. 9 sentybr 1570-ci ildə Lefkoşa Türklər tərəfindən fəth edildi.

2. 1911-ci ilin bu günündə dünyada ilk dəfə İngiltərədə aviapoçt xidməti meydana gəlib.

3. 1922-ci ilin 9 sentyabr tarixində Dumlupınar Meydan Müharibəsində qələbə əldə edilməsindən sonra Türkiyə Ordusu işğal altındakı İzmir şəhərinə girib.

4. 9 sentyabr 1948-ci ildə Kim İl-Sunq Şimali Koreyanın qurulduğunu elan edib.

5. 1954-cü ilin 9 sentyabr günü Əl-Cəzairin Əl Asnam şəhərində baş verən 6,4 bal gücündəki zəlzələdə min nəfər öldü.

6. 1982-ci ilin 9 sentyabr tarixində Türkiyənin Burqaz Konsulluğu İdari attaşesi Bora Süelkan erməni terrorçular tərəfindən şəhid edilib.

7. 9 sentyabr 1991-ci ildə Tacikistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etdi.

8. 1993-cü ilin 9 sentyabr günü İsrail və Fələstin Azadlıq təşkilatı bir-birlərini rəsmi olaraq tanıdılar.

9. 9 sentyabr 2001-ci ildə Əfqanıstan müqavimətinin lidərlərindən Əhməd Şah Məsud sui-qəsd nəticəsində öldürüldü.

10. 2004-cü ilin 9 sentyabr günü İndoneziyanın paytaxtı Cakartadakı Avstraliya Səfirliyinə bombalı hücum edildi, 10 nəfər öldü.

11. 9 sentyabr 2009-cu ildə Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.

12. 9 Sentyabr Beynəlxalq Gözəllik Günüdür. Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) Beynəlxalq Gözəllik Gününün elan olunması təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq, hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunmağa başlayıb. Hər ilin bu günündə bir sıra ölkələrdə gözəllik müsabiqələri keçirilir.

13. 9 sentyabr 1942-ci ildə SSRİ Dövlət Müdafiə Komitəsinin (sədr İosif Stalin) qərarı ilə Azərbaycan SSR ərazisində hərbi vəziyyət elan edilib. Bu vaxt Almaniya qoşunları Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi.

Sentyabrın 9-da bu şəxsiyyətlər xatırlanır:

1. Bu gün rus yazıçısı, publisisti və filosofu Lev Tolstoyun doğum günüdür (1828–1910). Müəllifi olduğu “Hərb və sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutub. Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır.

2. 9 sentyabr 1876-cı ildə məşhur xanəndə, Əməkdar artist İslam Abdullayev anadan olub. Qarabağ muğam məktəbinin görkəmli  nümayəndələrindən biridir. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah” muğamının təkrarsız ifaçısı kimi tanınıb. 22 sentyabr 1964-cü ildə vəfat edib.

3. 1900-cü ilin 9 sentyabrında məşhur kimyaçı alim, professor, Azərbaycan Milli EA-nın akademiki , Azərbaycan Respublikası Əməkdar elm xadimi  Həbibulla bəy Şahtaxtinski anadan olub. 

4. 9 sentyabr 1924-cü ildə astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, Əməkdar müəllim, professor Rəhim Hüseynov  anadan olub.

5. 1926-cı ilin bu günündə  Azərbaycanın ilk qadın pediatr alimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ədilə Namazova doğulub. 1971-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, 1981-ci ildə əməkdar elm xadimi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olan Ə.Namazova 1965-ci ildən Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri vəzifəsində çalışıb. O, tədqiqatını əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr edib.

6. 9 sentyabr 1976-cı ildə Çin xalq Cümhuriyyətinin qurucusu Mao Zedunq ölüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Millimiz yarımfinalda UDUZDU

Millimiz yarımfinalda UDUZDU

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

End of content

No more pages to load

RADİO