ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

8 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Azərbaycana səfər edən ABŞ-nin biznes nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı qonaqlara ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, ADY Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm nailiyyətlərdir.


Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək.

ADY sədri bildirib ki, görülən işlər, o cümlədən ABŞ-nin biznes nümayəndə heyətinin ötən gün tanış olduğu Bakı Limanının ADY-yə birləşdirilməsi, bununla da ADY-nin dəmir yolu, liman, terminal və ekspeditorluq xidmətlərini özündə birləşdirən irimiqyaslı nəqliyyat və logistika qrupuna çevrilməsi artıq müsbət nəticə verib.

2025-ci ilin 8 ayında Azərbaycan Orta Dəhlizlə Çindən 265 blok-qatar qəbul edib, halbuki ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub.

Bakı Limanında isə həmin dövrdə 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrü (47 157 TEU) ilə müqayisədə 47 faiz çoxdur.

Qeyd edilib ki, ADY-nin prioritetləri emissiyaların azaldılması və təmiz texnologiyaların istifadəsi üçün dekarbonizasiya, daha təhlükəsiz, daha sürətli, daha səmərəli əməliyyatlar üçün smart sistemlərdən istifadəyə hesablanmış rəqəmsallaşma və uzunmüddətli inkişafı və ekoloji məsuliyyəti dəstəkləyən dayanıqlılıqdır.

ABŞ-nin biznes nümayəndə heyəti ADY-nin irimiqyaslı fəaliyyəti barədə ətraflı məlumata görə təşəkkür edib, qurumun xüsusilə beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda mühüm rol oynadığını və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputat: “O zaman açıq deyilsin ki, bizə kino lazım deyil”

Deputat: “O zaman açıq deyilsin ki, bizə kino lazım deyil”

Karateçimiz İslamiadanın QALİBİ OLDU

Karateçimiz İslamiadanın QALİBİ OLDU

ABŞ İrana görə şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana görə şirkətlərə sanksiya TƏTBİQ ETDİ

Türkiyə şəhidlərini QARŞILAYIR - ANBAAN VİDEO

Türkiyə şəhidlərini QARŞILAYIR - ANBAAN VİDEO

İngiltərə klubu yeni baş məşqçisini AÇIQLANDI

İngiltərə klubu yeni baş məşqçisini AÇIQLANDI

Saakaşvili xəstəxanadan ÇIXDI

Saakaşvili xəstəxanadan ÇIXDI

Muazzez Abacı doğum günündə VƏFAT ETDİ

Muazzez Abacı doğum günündə VƏFAT ETDİ

Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

Elxan İbrahimov kollektivə TƏQDİM OLUNDU - FOTO

Elxan İbrahimov kollektivə TƏQDİM OLUNDU - FOTO

Ukrayna Rusiya ilə sülh danışıqlarını rəsmi olaraq dayandırdı - SƏBƏB

Ukrayna Rusiya ilə sülh danışıqlarını rəsmi olaraq dayandırdı - SƏBƏB

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın oldu - VİDEO

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın oldu - VİDEO

Ayxan Abbasov: “Sona qədər istəkli olmalıyıq”

Ayxan Abbasov: “Sona qədər istəkli olmalıyıq”

Dörd BÜRC ilin ən güclü dövrünə daxil olur – Onları nə gözləyir?

Dörd BÜRC ilin ən güclü dövrünə daxil olur – Onları nə gözləyir?

Şamaxıda 6 otaqlı EV YANDI - FOTO

Şamaxıda 6 otaqlı EV YANDI - FOTO

Putin Tokayevlə “Xəzər Boru Kəməri Konsorsiumu”nu müzakirə edib - VİDEO

Putin Tokayevlə “Xəzər Boru Kəməri Konsorsiumu”nu müzakirə edib - VİDEO

Edinburqda azərbaycanlı mütəxəssis Nərmin Məmmədova beynəlxalq layihə idarəçiliyi proqramı YARADIR

Edinburqda azərbaycanlı mütəxəssis Nərmin Məmmədova beynəlxalq layihə idarəçiliyi proqramı YARADIR

Millimiz seçmə mərhələyə məğlubiyyətlə BAŞLADI

Millimiz seçmə mərhələyə məğlubiyyətlə BAŞLADI

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın oldu - FOTO/VİDEO

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın oldu - FOTO/VİDEO

Trampdan Suriya liderinə SUAL: “Neçə arvadın var?” - VİDEO

Trampdan Suriya liderinə SUAL: “Neçə arvadın var?” - VİDEO

"Barselona" Levandovskini bu futbolçu ilə əvəz etməyə HAZIRLAŞIR

"Barselona" Levandovskini bu futbolçu ilə əvəz etməyə HAZIRLAŞIR

Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

Aralıq dənizində GÜCLÜ ZƏLZƏLƏ oldu

Aralıq dənizində GÜCLÜ ZƏLZƏLƏ oldu

Sumqayıt-Bakı marşrutunun dayanacaq məntəqələri AÇIQLANDI - FOTO

Sumqayıt-Bakı marşrutunun dayanacaq məntəqələri AÇIQLANDI - FOTO

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşləri Türkiyəyə aparılır - ANBAAN VİDEO

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşləri Türkiyəyə aparılır - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO