2024-cü ildə 298 nəfər Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub.
Bəs cari il neçə əcnəbi Azərbaycan vətəndaşı olmaq üçün müraciət edib?
Dövlət Miqrasiya Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il 212 nəfər vətəndaşlıq əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib.
“Cari ilin 7 ayı ərzində Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi ilə bağlı 15 ölkə vətəndaşı tərəfindən 212 müraciət daxil olub”.
Nəzrin Mirzəyeva, Bizim.Media