ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Tauerz və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Baxişov Aktauda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında deyilir:
“Biz bu faciədə həlak olmuş mülki şəxslərin xatirəsini yad etdik. Təyyarənin qalıqları hələ də həmin yerdə qalır və itirilmiş həyatların kədərli xatirəsi kimi xidmət edir”.
Bizim.Media