Xalq artisti Sərdar Fərəcov xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a S.Fərəcovun qızı Selcan Heydərova məlumat verib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
“Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir”.
Bizim.Media