Heyvanlara zülm edənləri hansı CƏZA GÖZLƏYİR? – ARAŞDIRMA

Dünyanın bir çox ölkəsində heyvanların qorunması sadəcə ekoloji yox, həmçinin, hüquqi prioritetdir.

Məsələn, İsveçrə 2002-ci ildə Konstitusiyasına dəyişiklik edərək heyvanları sadəcə “mülk” deyil, hüquqi subyekt kimi tanıyıb. Almaniya da Konstitusiyasında heyvan rifahının qorunmasını dövlət öhdəliyi kimi təsbit edib.

Hətta Yeni Zelandiya 2015-ci ildə qəbul etdiyi qanunla heyvanları “hiss edən varlıqlar” kimi tanıyır. Buna görə də onların yalnız fiziki yox, həm də psixoloji rifahını təmin edir.
 

MÖVZU İLƏ BAĞLI:

Mənzilində heyvan saxlayanlara XƏBƏRDARLIQ - 200 manat cərimələnə bilərsiniz!


Bəs Azərbaycanda necə? Qanunvericiliyə görə, heyvanlara zərər vuranları hansı cəzalar gözləyir?

Bizim.Media məsələnin hüquqi tərəflərini araşdırıb:

İlk olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində qeyd olunub ki, dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Heyvanların qorunmasıyla bağlı İnzibati Xətalar Məcəlləsində də bir sıra maddələr mövcuddur. Məcəllədə Maddə 274-1. heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsiylə bağlıdır:

274.1. Heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

274.2. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

274.3. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda –min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

274.4. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda –min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə –min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məcəllənin 291-ci maddəsi isə Qırmızı Kitaba daxil olan heyvanların mühafizəsiylə bağlıdır.

Belə ki, maddədə qeyd olunub ki, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Həmçinin, Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq - sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Levandovski “Milan”a keçə BİLƏR

Levandovski “Milan”a keçə BİLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Helinlə Aytaç sevgilidir?

Helinlə Aytaç sevgilidir?

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

End of content

No more pages to load

RADİO