Azərbaycanda ət bahalaşıb - Ekspert səbəbləri AÇIQLADI

Son günlər mediada, sosial şəbəkələrdə ət qiymətlərinin yenə bahalaşdığı haqqında məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, iqtisadiyyatın qızıl qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir. Bunu nəzərə alaraq statistikaya baxaq: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunun sayı hər il azalaraq ən aşağı həddə düşüb.

Ekspert bildirib ki, rəsmi məlumata görə, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib:

"2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni son 5 ildə iribuynuzlu mal-qara sayı 181 min baş azalıb.

2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş təşkil edib, 2020-ci il yanvarın 1-nə isə onların sayı 8 milyon 189,2 min baş olub. Yəni son 5 ildə qoyun-keçi sayı 1 mln. 297 min 700 baş azalıb.

Ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır və təbii ki, qiymətlər də eyni sürətlə artır”.

İqtisadçının fikrincə, mal-qara, qoyun-keçi sayının ölkəmizdə azalmasının səbəbləri aşağıdakılardır:

1. Ölkədə yem bazası daralıb. 2015-ci ilə qədər ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qara sayı hər il cüzi də olsa artırdı, 2015-ci ildə ölkədə 2 milyon 713 minə yaxın iribuynuzlu, 8 milyon 661 minə yaxın isə xırdabuynuzlu heyvan var idi. Yəni son 10 ili götürsək, iribuynuzluların sayı 250 minə yaxın, xirdabuynuzluların sayı isə 1 mln. 770 minə yaxın azalıb. Niyə 2015-ci ilə fikir verdim? Neftin qiyməti dünya bazarında kəskin enəndə "qara qızıl” yerinə "ağ qızıl”, yəni, pambıq sevdası başladı. Örüş yerləri, yem bazasını təşkil edən torpaqlar pambıq əkininə ayrıldı. Nəticədə yem bahalaşdı, örüş yerləri azaldı, bu da mal-qara, qoyun-keçi sayına kəskin təsir etdi. Amma "ağ qızıl” sevdası bizi "ağ günə” çıxartmadı – yəni, qazancı cüzi oldu.

2. Fermerlərə, mal-qara saxlayan insanlara doğru-düzgün yardımlar edilmir, camaata guya inək paylayırdılar, həmin mal-qara rəsmi TV kamerası çəkən yerdə yıxılırdı.

3. Bəzi oliqarxlar regionlarda əraziləri zəbt edir, fermerlərə, kəndlilərə normal işləmək üçün şərait yaratmırlar.

4. "Qlobalist elita” dünyada uzun illərdir ki, mal-qara, qoyun-keçi düşmənçiliyi edir, guya, onlarin iqlim dəyişikliklərində ciddi "payı” var, Avstraliya və Yeni Zelandiyada, Şimali Avropa ölkələrində "anti mal-qara” kampaniyası 10-15 ildir gedirdi, indi bir az səngiyib, amma ciddi problem idi.

Biz dövlət və xalq olaraq möhtəşəm iş gördük – həm də maldarlıq üçün çox uyğun, cəlbedici olan torpaqlarımızı düşməndən azad etdik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları maldarlığın inkişafı üçün yeni motor olmalıdır – amma olmur. Hökumət çalışır ki, 35 ildir Sumqayıtda yaşayan qubadlılı qardaş-bacımızı öz rayonlarına köçürsün, onlar da orda inək-camış saxlasınlar. Olmur belə, bu gün 40 yaşlı (hələ cavanları demirəm) qubadlılı qardaşım ömrünün 35 ilini asfaltda böyüyüb, camış-zad görməyib, indi o, bu yaşdan sonra necə maldarlıqla məşğul olsun? Amma, məsələn, Aran Qarabağda onillərlə, bəlkə də yüzillərlə bu işlə məşğul olan ailələr var, onlardan hansı arzu etsə, dərhal öz fermaları ilə birgə Qarabağa, Şərqi Zəngəzura köçmələrinə şərait yaradılmalıdır”. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Levandovski “Milan”a keçə BİLƏR

Levandovski “Milan”a keçə BİLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Helinlə Aytaç sevgilidir?

Helinlə Aytaç sevgilidir?

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

End of content

No more pages to load

RADİO