Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisində qeydə alınıb.
Belə ki,“KIA” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, sərnişini xəsarət alıb.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu