Qubada bıçaqlanma hadisəsi olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şabran rayon sakini, 33 yaşlı Ceyhun Kərimov Quba sakinini bıçaqlayıb.
Belə ki, Ceyhun Kərimov aralarında baş vermiş mübahisə nəticəsində Quba rayon sakini, 35 yaşlı Murad Nəcəfova kəsici alətlə xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən Ceyhun Kərimovu saxlayıb. Faktla bağlı araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu