Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ rayon sakini, 90 yaşlı Rəfiqə Hüseynova yaşadığı evdə pilləkəndən yıxılıb.
Yaxınları tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına bütün tibbi yardımlar göstərilsə də, orada ölüb.
Hadisənin təfərrüatı araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu