“Avqust ayında isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplamışıq. Onlar Sumıda yerləşən Uşaqların Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinə göndəriləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında məlumat yayıb.
O, toplanan əşyaların tezliklə Ukraynaya göndəriləcəyini qeyd edib.
“Toplanılanlardan həm də Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı regionlarında Rusiyanın hücumlarına görə yaşadığı yerləri tərk etmiş ailələrin uşaqlarına da pay çatacaq”, - səfir vurğulayıb.
Bizim.Media