Peru Azərbaycanla viza rejimini tamamilə ləğv etməyi TƏKLİF EDİR

Peru Azərbaycanla viza ləğvi sazişinin bütün pasport kateqoriyalarına şamil edilməsi təşəbbüsü ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru "Andina" informasiya agentliyinə müsahibəsində bildirib.

"2013-cü ildə biz Peru ilə diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzaladıq. İndi Peru bu sazişin bütün pasportlara şamil edilməsini təklif edib", - diplomat bildirib.

E.Məmmədovun sözlərinə görə, ölkələr arasında turist axınının inkişafı birbaşa hava əlaqəsinin və viza rejiminin olması kimi əsas amillərlə bağlıdır:

"Əgər birbaşa uçuşlar varsa, hər iki istiqamətdə daha çox turist gözləmək olar. Hazırda birbaşa uçuşlar yoxdur. Vizalarla bağlı vəziyyət daha yaxşıdır: Peru vətəndaşları hava limanına gəldikdə viza ala bilərlər, proses sürətli və sadədir".

XİN başçısının müavini, enerji əməkdaşlığını ikitərəfli münasibətlərin mühüm aspekti adlandırıb:

"Biz enerji sahəsində əməkdaşlığı genişləndiririk. Peruya neft satırıq və mayeləşdirilmiş təbii qaz alırıq, həmçinin dünya bazarında mayeləşdirilmiş təbii qaz ticarəti aparırıq. Son iki ildə Azərbaycan və Peru arasında enerji sahəsində əhəmiyyətli sazişlər olub. Bu, XİN-də ilk siyasi məsləhətləşmələr çərçivəsində müzakirə etdiyimiz mövzulardan biridir".

Diplomat, həmçinin qeyd edib ki, Azərbaycan Latın Amerikasının bir sıra ölkələri ilə iqtisadi əlaqələri, o cümlədən neft və gübrə ticarətini fəal şəkildə inkişaf etdirir.

"Kənd təsərrüfatı və mədən sənayesi, xüsusilə metal hasilatı əməkdaşlığın perspektivli istiqamətləridir. Biz bu regiondan çoxsaylı kənd təsərrüfatı məhsulları alırıq: avokado, soya, böyürtkən, quşüzümü və digər məhsullar. Səfərin məqsədi həm də əməkdaşlığın bu sahəsini nəzərdən keçirməkdir. Bu gün XİN-dəki həmkarlarımızla ticarət dövriyyəsinin strukturunu müzakirə etdik: əsasən Perudan Azərbaycana avokado, quşüzümü, böyürtkən, Azərbaycandan Peruya isə sürtkü yağları idxal olunur.
 

Biz ticarət strukturunu necə yaxşılaşdıra biləcəyimizi, portfelə necə daha çox məhsul əlavə edə bilcəyimizi müzakirə etdik. Bunun üçün isə Azərbaycanın nələri ixrac edə biləcəyi barədə əlavə məlumat lazımdır.


Latın Amerikası regionunun coğrafi uzaqlığını və logistik çətinliklərini nəzərə almaq lazımdır", - nazir müavini bildirib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Çempionlar Liqasında yeni REKORD

Çempionlar Liqasında yeni REKORD

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

Ukraynada xanım nazir İSTEFA VERDİ

Ukraynada xanım nazir İSTEFA VERDİ

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

“Sabah”da amerikalı basketbolçu

“Sabah”da amerikalı basketbolçu

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

"Qara Qarayev” metrosunda İZDİHAM YAŞANIB - VİDEO

"Qara Qarayev” metrosunda İZDİHAM YAŞANIB - VİDEO

“Eşref Rüya” yayımdan QALDIRILDI

“Eşref Rüya” yayımdan QALDIRILDI

End of content

No more pages to load

RADİO