Sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq, saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq.
Bizim.Media