Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "VAZ-21099" markalı avtomobil toqquşub.
Qəza nəticəsində azyaşlıların da olduğu 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub:
1997-ci il təvəllüdlü Sevda Cəfərova, 2022-ci il təvəllüdlü Ləman Hüseynova, 2025-ci il təvəllüdlü Mənsumə Cəfərova, 2016-cı il təvəllüdlü Mələk Cəfərova, 2018-ci il təvəllüdlü Mirşahin Cəfərov və 2019-cu il təvəllüdlü Mirkazım Cəfərovdur.
Sabutay, Bizim.Media, Cənub bürosu