Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media