Sentyabrın 1-də Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan digər şəxsin axtarışları başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, sentyabrın 2-də 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev qardaşları Taxtakörpü-Ceyranbatan su kanalında boğulublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti elə həmin gün tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media