Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirqəribd Səfərov (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Mirqəribd Səfərov müxtəlif şəxslərə həqiqətə uyğun olmayan məlumatlar verərək, tanışları vasitəsilə onları həbsdən azad etdirəcəyi və ya torpaq sahəsi satacağı barədə yalan vədlər verib, bununla da etibarlarından sui-istifadə edərək pullarını ələ keçirib.

Belə ki, o, zərərçəkmiş müxtəlif vaxtlarda ümumilikdə 344 000 manat məbləğində pul alaraq, dələduzluq edib və öz məqsədlərinə xərcləyib.

İş üzrə 3 zərərçəkmiş tanınır.

Zərərçəkmiş şəxslərdən biri məhkəmədə ifadə verərək bildirib ki, atası Şakir Hüseynov tikinti ilə məşğul olub, daha sonra həbs edilərək vəfat edib. Atasından sonra vərəsə kimi yarımçıq tikililəri dövlətə təhvil verib, sonradan isə atasının işini davam etdirmək məqsədilə Sumqayıtda torpaq sahəsi axtarıb. Bu zaman qonşusu vasitəsilə Məhəmməd adlı şəxslə, onun vasitəsilə isə Mirqəriblə tanış olub. Mirqərib Sumqayıtın 9-cu mikrorayonunda 1 hektar torpaq sahəsi təklif edib, çıxarış məsələsini həll edəcəyini və rəhbər şəxslərin adlarını çəkərək işin asan olacağına inandırıb.
 

Zərərçəkmişin sözlərinə görə, həmin sahəni bəyənib və ümumilikdə Mirqəribə 204 000 manat (120 000 ABŞ dolları) verib. Lakin əraziyə təhvil almağa gedərkən sakinlər orada tikintiyə imkan verməyəcəklərini bildiriblər. O zaman aldandığını başa düşüb və Mirqəribdən pulunu tələb edib. O qeyd edib ki, Mirqərib nə pulu qaytarıb, nə də dəymiş ziyanı ödəyib, əksinə, şantaj xarakterli hərəkətlər edib.



Zərərçəkmiş vurğulayıb ki, 120 000 ABŞ dollarını birdəfəyə verdiyi halda, ziyanın heç bir hissəsi ödənilməyib, yalnız qanuni müraciət etməklə torpaq sahəsini sənədləşdirə bilib.

Qeyd: "Şakir” MTK rəhbəri olmuş Şakir Hüseynov 125 nəfərin 3,5 milyonun pulunu dələduzluq yolu ilə ələ keçirib. Məlumata görə, Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları - İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov 2008-ci ildə həbs ediliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin edilməsi barədə qərar qəbul edib. Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə, Bakı Apellyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib.

Məhkəmə şərti cəza almış Şakir Hüseynovun barəsində 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmün isə qüvvədə saxlanılması barədə qərar qəbul edilib.

2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı Şakir Hüseynov 2016-cı ildə dünyasını dəyişib.

Mətbuatda yayılan məlumata görə, Şakir Hüseynov MTN generalı olmuş Akif Çovdarovun yaxın adamlarından biri olub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

End of content

No more pages to load

RADİO