Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 60 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Bizim.Media